تاريخ : چهارشنبه 16 شهریور 1390 | یازار : آيتام اورمولو
"Dünya raporu" proqramında Urmu gölü aksiyaları haqda süjet efirə verildi
TRT Türk kanalı İranda hakimiyyətin Urmu gölünün qurumasına etinasız
yanaşmasına etiraz əlaməti olaraq keçirilən aksiyalarla bağlı süjet yayınlayıb.
Süjet sentybarın 5-də, TRT-Türk-də efirə gedən "Dünya raporu" proqramında efirə gedib.
Xəbərdə İranda böyük ekokoji fəlakətin qarşısının alınması üçün Urmiyə, Təbriz və digər şəhərlərdə keçirilən aksiyalardan və təhlükəsizlik qüvvələrinin müdaxiləsindən bəhs edilib.
